Popeyes

Popeyes

Popeyes

1972-ci ildə Yeni Orleanda əsası qoyulan Popeyes®, yarıməsrlik zəngin tarixini və Luiziana
mətbəxinin cəsur ruhunu Bakının mərkəzinə daşıyır. Hazırda dünyanın 50-dən çox ölkəsində
5000-dən çox restoranı ilə qlobal qida sənayesinin nəhəngləri sırasındakı yerini
möhkəmləndirən bu brend, ötən il MOK Group ilə bağlanan strateji tərəfdaşlıq çərçivəsində
Azərbaycanın qida sektoruna beynəlxalq keyfiyyət standartlarını və unikal xidmət
mədəniyyətini gətirir.
Popeyes-i fərqləndirən əsas amil, onun xüsusi diqqətlə planlaşdırılan istehsalat prosesidir;
brendin "əfsanəvi xırtıltısı"nın sirri toyuqların ən azı 12 saat boyunca Luiziana
ədviyyatlarında marinad edilməsində gizlənir. Hər bir parça əllə unlanır və xüsusi metodla
qızardılır ki, bu da məhsulun daxildən şirəli, xaricdən isə təkrarolunmaz dərəcədə xırtıldayan
olmasını təmin edir. Qeyd edək ki, hazırlanmada istifadə olunan toyuqlar yerli – Azərbaycan
toyuqlarıdır.
Brendin menyu portfeli həm dünya miqyaslı hitləri, həm də fərqli zövqlərə xitab edən müasir
təamları peşəkar bir ahənglə birləşdirir. 2019-cu ildə qlobal kulinariya inqilabına çevrilən
əfsanəvi Toyuq Sendviçi, yumşaq brioş bulkası daxilində təqdim olunan şirəli toyuq filesi və
xırtıldayan turşu dilimləri ilə menyunun flaqman məhsulu hesab olunur. Klassik və acılı
variantları ilə yanaşı, təzə tərəvəzlərlə zənginləşdirilmiş Delüks versiyası da qonaqlara
təqdim olunur. Kəskin dad axtaranlar üçün hazırlanmış Voodoo Qanadları və Voodoo
Baytslar, brendin imza acı sousu ilə örtülərək unudulmaz bir kəskinlik təklif edir. Daha praktik
və sürətli qidalanmanı üstün tutanlar üçün isə xırtıldayan toyuq hissəciklərinin yumşaq
tortillaya büküldüyü Çiken Rollar və əllə unlanmış premium toyuq filesindən hazırlanan
Tenderlər ideal seçimdir.
Popeyes®-in Azərbaycana gəlişi sadəcə bir restoranın açılışı deyil, həm də ölkə
iqtisadiyyatına yönəlmiş ciddi bir investisiya layihəsidir. Ötən il imzalanmış eksklüziv inkişaf
müqaviləsinə əsasən "MOK Group" Azərbaycanda "Popeyes" brendinin rəsmi nümayəndəsi
kimi çıxış edəcək, növbəti on il ərzində 20 restoran açmağı planlaşdırır və yüzlərlə yeni iş
yerinin yaradılması hədəfləyir. Bu addım həm yerli əmək bazarının canlanmasına, həm də
kadr potensialının beynəlxalq standartlar səviyyəsində yetişdirilməsinə xidmət edir.
Keyfiyyətli qida, səmimi qonaqpərvərlik və yüksək xidmət missiyasını rəhbər tutan
Popeyes®, Azərbaycanlı ləzzətsevərləri Luiziananın unikal kulinariya dünyasını kəşf etməyə
dəvət edir.

ATMKARACACOINCASAFOR IDEAHOMEALOE+BRAVOLIBRAFFKONTAKTMIUM1234578KAPITALBANK
aPULL&BEARZARANEW YORKERSİSLEYMANGONEXTMASSIMO DUTTICHARLES&KEITHTED BAKERYARGICIMILANOLIU JOADORESTARBUCKSXTRAVAGANZATHOMAS SABONYXALDOBERSHKALA VIE ENROSESTRADIVARIUSUNITED COLORSOF BENETTONTOMMY HILFIGERCALZEDONIACOSTACOFFEE3241SWAROVSKILACOSTEINTIMISSIMI108
GO SPORTKOTONPINKTERRANOVACALLIOPEBATAMAVIFOCUS OPTIKAPARFOISHOMMELC WAIKIKICALVIN KLEINCARPİSAIPEKYOL/MACHKAATELIER REBULADIDASFLOL’OCCITANEFOOTMARKEQ MODACHILIACOLIN'SPENTIButali31SKECHERSCHARUELGREYDERMONSOONHELLO SWEETIE
CINEMA PLUSONTOPBOWLINGWONDERLANDTHE ENTERTAINEROXYBULPABLOSKYPANCHOCHICCOORIGINALMARINESCOOL CLUBCAFE CITYETİLERMEAT HOUSEƏjdahaDönərFRYDAYBurgerKÖFTEÇIRAMİZBERLINDÖNERBİRİKİMCDONALD’SKFCVILLA PIZZAKINGBURGERGLORIAJEAN’SMADOVAPIANOPAPA JOHN`S1456ALI&NINOPIDEMÖZSÜTLEGO MEGOGREENWICHVIRTUAL ZONE89PİMSVYANAŞOKOLAD EVIPOPEYES11