Popeyes

Popeyes

1972-ci ildə Yeni Orleanda əsası qoyulan Popeyes®, yarıməsrlik zəngin tarixini və Luiziana mətbəxinin cəsur ruhunu Bakının mərkəzinə daşıyır. Hazırda dünyanın 50-dən çox ölkəsində 5000-dən çox restoranı ilə qlobal qida sənayesinin nəhəngləri sırasındakı yerini möhkəmləndirən bu brend, ötən il MOK Group ilə bağlanan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanın qida sektoruna beynəlxalq keyfiyyət standartlarını və unikal xidmət mədəniyyətini gətirir. Popeyes-i fərqləndirən əsas amil, onun xüsusi diqqətlə planlaşdırılan istehsalat prosesidir; brendin "əfsanəvi xırtıltısı"nın sirri toyuqların ən azı 12 saat boyunca Luiziana ədviyyatlarında marinad edilməsində gizlənir. Hər bir parça əllə unlanır və xüsusi metodla qızardılır ki, bu da məhsulun daxildən şirəli, xaricdən isə təkrarolunmaz dərəcədə xırtıldayan olmasını təmin edir. Qeyd edək ki, hazırlanmada istifadə olunan toyuqlar yerli – Azərbaycan toyuqlarıdır. Brendin menyu portfeli həm dünya miqyaslı hitləri, həm də fərqli zövqlərə xitab edən müasir təamları peşəkar bir ahənglə birləşdirir. 2019-cu ildə qlobal kulinariya inqilabına çevrilən əfsanəvi Toyuq Sendviçi, yumşaq brioş bulkası daxilində təqdim olunan şirəli toyuq filesi və xırtıldayan turşu dilimləri ilə menyunun flaqman məhsulu hesab olunur. Klassik və acılı variantları ilə yanaşı, təzə tərəvəzlərlə zənginləşdirilmiş Delüks versiyası da qonaqlara təqdim olunur. Kəskin dad axtaranlar üçün hazırlanmış Voodoo Qanadları və Voodoo Baytslar, brendin imza acı sousu ilə örtülərək unudulmaz bir kəskinlik təklif edir. Daha praktik və sürətli qidalanmanı üstün tutanlar üçün isə xırtıldayan toyuq hissəciklərinin yumşaq tortillaya büküldüyü Çiken Rollar və əllə unlanmış premium toyuq filesindən hazırlanan Tenderlər ideal seçimdir. Popeyes®-in Azərbaycana gəlişi sadəcə bir restoranın açılışı deyil, həm də ölkə iqtisadiyyatına yönəlmiş ciddi bir investisiya layihəsidir. Ötən il imzalanmış eksklüziv inkişaf müqaviləsinə əsasən "MOK Group" Azərbaycanda "Popeyes" brendinin rəsmi nümayəndəsi kimi çıxış edəcək, növbəti on il ərzində 20 restoran açmağı planlaşdırır və yüzlərlə yeni iş yerinin yaradılması hədəfləyir. Bu addım həm yerli əmək bazarının canlanmasına, həm də kadr potensialının beynəlxalq standartlar səviyyəsində yetişdirilməsinə xidmət edir. Keyfiyyətli qida, səmimi qonaqpərvərlik və yüksək xidmət missiyasını rəhbər tutan Popeyes®, Azərbaycanlı ləzzətsevərləri Luiziananın unikal kulinariya dünyasını kəşf etməyə dəvət edir.