"Doğru və ya Hərəkət" Filmi 26 Aprel-dən Gənclik Mall Cinema-da

Geri qayıt

Geri qayıt

"Doğru və ya Hərəkət" Filmi 26 Aprel-dən Gənclik Mall Cinema-da

25 Aprel 2018

Gənclik Mall-da yerləşən Cinema Plus hər zaman olduğu kimi bu Cümə Axşamı da yeni primeriya təqdim edir. 26 Aprel-dən etibarən “Doğru və ya Hərəkət” filmini Mall Gənclik-in 3-cü mərtəbəsində yerləşən Cinema Plus-da izləyə bilərsiniz.

Olivia, Lucas və bir neçə kollec dostları məzuniyyətdən öncə birlikdə Meksikaya səyahət edirlər. Səyahət zamanı yad biri tələbələrə yaxınlaşaraq onlardan birini "Həqiqət və ya Hərəkət" oyunu oynamasına inandırır. Oyun, başlaması ilə mənfi qüvvə daşıyan iblisi oyadır. Bu qüvvə dostları sirlərini və ən güclü qorxularını bir-biriylə bölüşməyə məcbur edir.

Adi “Doğru və ya hərəkət” oyunu prosesə misilsiz varlığın qoşulmasından sonra ölüm ilə yarışa çevrilir. Qaydalar sadə olsa da, bir o qədər də amansızdır: ya həqiqəti de, ya da öl; hərəkət et və ya öl; oynamağı dayandırsan, öləcəksən. İştirakçılardan kimsə yalan danışarsa və ya təyin olunmuş məsələni yerinə yetirmərsə, dərhal həmin adamı amansız ölüm gözləyir. Sonda bu qəddar oyundan kim sağ çıxacaq?

Lucy Hale, Tyler Posey, Violett Beane kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus Gənclik Mall-a buyura bilərsiniz.

ATMMADAMCOCOZEL HOMECOINCASAFOR IDEAHOMEBUTA FARMBRAVOLIBRAFFMAXI.AZDECORIA1234567KAPITALBANK
PULL&BEARZARANEW YORKERSİSLEYMANGONEXTCHARLES&KEITHMASSIMODUTTIDEFACTOTED BAKERKarenMillenLIU JOKIEHL'SIDEALSTARBUCKSXTRAVAGANZANYXALDOBERSHKASTRADIVARIUSLA VIE ENROSEUNITED COLORSOF BENETTONTOMMY HILFIGERCALZEDONIAISABELGARCIA31245SWAROVSKILACOSTEINTIMISSIMI
GO SPORTKOTONPINKTERRANOVACALLIOPEBATAMAVIBAHAR OPTICLA SENZADEFACTOCALL ITSPRINGLC WAIKIKIMONSOONADLPARFOISIPEKYOLCARLOPAZOLINII AMOVSFLOL’OCCITANECOURIREQ MODACHILIAMUDO CONCEPTLADYSHARM1234SKECHERSU.S. POLOASSN.
CINEMA PLUSONTOPBOWLINGWONDERLANDTHE ENTERTAINERIMAFINARIUMBrumsMilanoPABLOSKYPANCHOCHICCOORIGINALMARINESSOO BEGRAFIKACAFE CITYTAKSIMKEBAPDADLIDÜNYAFRYDAYBurgerKÖFTEÇIRAMİZBERLINDÖNERBİRİKİMCDONALD’SKFCPAK DADVILLA PIZZAKINGBURGERPITA BARGLORIAJEAN’SMADOVAPIANOKABABÇI1234756ALI&NINOJULESVERNE