İsveçin qlobal moda brendi H&M Azərbaycandakı ilk mağazasının açılışını 17 oktyabr 2026-cı il, saat 12:00-da Gənclik Mall-da keçirəcək.
İki mərtəbədə yerləşən mağaza qadın, kişi və uşaq geyimləri ilə yanaşı, H&M Move idman kolleksiyasını da ziyarətçilərə təqdim edəcək. Müasir dizaynı, geniş məhsul seçimi və mövsümün aktual trendləri ilə H&M Gənclik Mall-da yeni alış-veriş təcrübəsi təqdim etməyə hazırlaşır.
Açılış mərasimi saat 12:00-da lentkəsmə tədbiri ilə başlayacaq. Açılışa qatılan ilk 100 qonağı isə H&M-dən xüsusi hədiyyə gözləyir.
Mərtəbə
Mərtəbə