Xəbərimiz var!

Geri qayıt

Geri qayıt

Xəbərimiz var!

30 May 2020

Dəyərli qonaqlar!

Yenidən sizinlə görüşə hazır olduğumuzu elan etmək və Gənclik Mall-un qapılarını yenidən üzünüzə açmağın sevincini yaşadığımızı sizinlə bölüşmək istəyirik!

Bildiyiniz kimi ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən ölkəmizdə xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin 31 may 2020-ci il saat 00:00-dan etibarən bir qisminin aradan qaldırılmasına qərar verilmişdir. Qəbul edilmiş qərara əsasən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa olunur.

Beləliklə, 1 iyun 2020-ci il tarixindən etibarən
Gənclik Mall ticarət mərkəzinin öz fəaliyyətini əvvəlki iş saatlarına uyğun şəkildə bərpa edəcəyini elan etmək istəyirik!

Bununla belə, xatırlatmaq istəyirik ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Ticarət mərkəzinə daxil olan hərkəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud qoruyucu tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Tezliklə COVID-19 pandemiyası ilə mübarizədə qalib gələrək daha sağlam və günəşli günlərdə görüşməyi diləyirik!

ATMZEL HOMECOINCASAFOR IDEAHOMEALOE+BRAVOLIBRAFFKONTAKT12345678KAPITALBANK
aPULL&BEARZARANEW YORKERSİSLEYMANGONEXTMASSIMO DUTTICHARLES&KEITHDEFACTOTED BAKERYARGICIMILANOLIU JOADORESTARBUCKSXTRAVAGANZATHOMAS SABONYXALDOBERSHKALA VIE ENROSESTRADIVARIUSUNITED COLORSOF BENETTONTOMMY HILFIGERCALZEDONIACOSTACOFFEE352417SWAROVSKILACOSTEINTIMISSIMI61089
GO SPORTKOTONPINKTERRANOVACALLIOPEBATAMAVIRONİLUXPARFOISDEFACTOHOMMELC WAIKIKICALVIN KLEINMONSOONCARPİSAIPEKYOL/MACHKAUNİSAATELIER REBULADIDASFLOL’OCCITANECOURIREQ MODACHILIACOLIN'SPENTI31SKECHERSCHARUELGREYDER
CINEMA PLUSONTOPBOWLINGWONDERLANDTHE ENTERTAINEROXYBULBrumsMilanoPABLOSKYPANCHOCHICCOORIGINALMARINESCOOL CLUBCAFE CITYETİLERMEAT HOUSEƏjdahaDönərFRYDAYBurgerKÖFTEÇIRAMİZBERLINDÖNERBİRİKİMCDONALD’SKFCPAK DADVILLA PIZZAKINGBURGERGLORIAJEAN’SMADOVAPIANOPAPA JOHN`S19456ALI&NINOPIDEMÖZSÜTLEGO MEGOGREENWICHİYDƏVIRTUAL ZONE89LONDONCOFFEESHOPVYANAŞOKOLAD EVI10