Gənclik Mall-dan “10 ilin Hədiyyəsi” Lotereyasının şərtləri və qaydaları:
Lotereya 25 oktyabr 2026 – 30 yanvar 2027-ci il tarixləri ərzində Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “Gənclik Mall” Ticarət Mərkəzində nağd və ya nağdsız qaydada alış-veriş etməklə həyata keçiriləcəkdir.
Ümumi qaydalar:
“Gənclik Mall” Ticarət Mərkəzində (hədiyyə kartları ilə edilən alış-verişlər istisna olmaqla) nağd və ya nağdsız şəkildə bir gün ərzində edilən hər 100 AZN-lik alış-verişə görə lotereyada 1 dəfə iştirak hüququ verən 1 ədəd lotereya bileti təqdim olunur.
Lotereya bileti yalnız eyni gün ərzində “Gənclik Mall”da edilmiş 100 AZN-lik alış-veriş əsasında əldə edilə bilər. “Gənclik Mall”da yerləşən mağaza və xidmət nöqtələrindən, o cümlədən restoranlardan alış-veriş zamanı qəbzdə tütün məhsulları və ya spirtli içkilər olduqda, həmin məhsulların dəyəri 100 AZN-lik alış-veriş məbləğinə daxil edilmir.
İştirakçı lotereya biletini əldə etmək üçün “Gənclik Mall” Lotereya qeydiyyatı masasına alış-veriş qəbzini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
Tirajlı stimullaşdırıcı lotereyada 18 yaşdan aşağı şəxslər, “PASHA Malls” MMC-nin əməkdaşları, “Gənclik Mall” Ticarət Mərkəzinin mühafizə, təmizlik və texniki işçiləri iştirak edə bilməzlər.
Lotereyanın iştirakçısı 18 yaş və daha yuxarı Azərbaycan Respublikası vətəndaşı olmalıdır.
Uduşun ödənilməsi zamanı Təşkilatçı tərəfindən lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədi və təqdim etdiyi lotereya biletinin uduşlu olması yoxlanılır.
Alış-veriş etdiyi məhsulu geri qaytaran iştirakçı lotereyada iştirak hüququnu itirir və həmin alış-veriş əsasında verilmiş lotereya bileti etibarsız hesab olunur.
Uduş fondunun oynanılması haqqında məlumat:
Tiraj tarixi: 31 yanvar 2027
Uduş Fondu:
Ümumi mükafat fondu: 50 000 AZN
10 000 AZN – 1 ədəd uduş
5 000 AZN – 5 ədəd uduş
1 000 AZN – 10 ədəd uduş
500 AZN – 10 ədəd uduş
Tirajlı stimullaşdırıcı lotereyada uduşlu biletləri haqqında ətraflı məlumat “Gənclik Mall” Ticarət Mərkəzinin Instagram səhifəsi (mallganjlik_official) və rəsmi veb saytında (www. mallganjlik.az) elan ediləcəkdir.
Lotereyanın qaydaları ilə buradan tanış ola bilərsiniz.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994 12) 4048242
Mərtəbə
Mərtəbə